“İncəsənətin siması“nda Milli dahilər - VİDEO

“İncəsənətin siması“nda Milli dahilər - VİDEO
Rəssamın sərgisində Azərbaycan dahilərinə aid rəsmlər nümayiş olunur

Rusiya – Azərbaycan Parlamentlərarası Dostluq qrupunun dəstəyi ilə Moskvanın Millətlər Evi-də rəssam Natalya Şevçenkonun sərgisi təşkil edilib.

“İncəsənətin siması” adı ilə Moskvalıların qonağı olan sərgidə əsasən müxtəlif dövürlərin və xalqların dahi şəxslərinin portreti yer almaqdadır.

Nəsimi, Müslim Moqamayev, Qara Qarayev, Vaqif Mustafazadə kimi Azərbaycan dahilərinin rəssam tərəfindən yaradılmış rəsmləri isə sərginin şah əsərləri hesab olunur.

“Müslim Moqamayev kimi dahi insanın portretini yaratmamaq günah hesab edilər. Mənim Müslüm Moqamayev haqda cəkdiyim ilk rəsm Bakıda incəsənət akademiyasındadır. Bu əsərdə isə Azərbaycanın simvolu kimi Nar təsvir etmişəm. Və dahi bəstəkar Qara Qarayevi əks etdirmişəm. burda o sanki öz əsərlərində olduğu kimi xalqın mədəniyyət və incəsənət ənənələrini yaşatmaqdadır".

Hər bir əsərin ərsəyə gəlməsinin bir özəlliyinin olduğunu vurğulayan rəssam şəkillərin tarixcəsindən də məlumat verib.

“Maqamayev Esenini çox sevirdi. O, Eseninin “Əlvida Baku” şerinə musiqi bəstələmişdi və ifa etmişdi. Mən bundan təsirlənib bu rəsmi çəkmişəm. Bu musiqi Müslüm Maqomayevin son ifalarından olduğu üçün mən onu arxa tətəfdən göstərmişəm".

Sənət dünyasında Natan təxəllüsü ilə tanınan rəssamın Azərbaycan haqqında fikirləri də maraq doğuran məqamlardandır. Bu ilin aprel ayında Bakıda sərgisi keçirilən Natalya Şevçenko Bakını bu cür təsəvvür edir.

“Mən Fəxri Xiyabanda oldum, sanki açıq səma altında muzey idi, oradakı heykəltəraşlıq abidələri möhtəşəm idi. Daha sonra mən bir gün İçəri şəhəri gəzdim, bimirəm nədəndi orada hər bir daş mənim xoşuma gəlir və mənə ilham verir”.

Əsərlərdə istifadə olan cəsarət tələb edən rəng ahəngliyi və kolarit rəssamın üslubunu digərlərindən fəriqləndirir.

600 dən çox əsər ərsəyə gətirən Nataliya Şevşenkonun 36 dövlət və şəxsi kolleksiyalarda əsərləri var.

Sentyabırın 20-nə qədər davam edəcək sərgi isə açılış günü musiqili gecə ilə davam etdirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə