Şirvanşahlar dövrünə aid məqbərənin dağıdılaraq məhv edilməsi müəyyən olunub

Şirvanşahlar dövrünə aid məqbərənin dağıdılaraq məhv edilməsi müəyyən olunub

“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə Xəzər rayonu Zirə qəsəbəsində yerləşən, tarixi mənbələrdə Kələzağ adlandırılan “Qışlaq yaşayış yeri”nin dağıdılması barədə daxil olmuş məlumat əsasında əməkdaşlarımız abidəyə baxış keçirib”.

REAL xəbər verir ki, bunu APA-ya Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, baxış zamanı yaşayış yerinin ərazisində yerləşən qəbiristanlıq və Şirvanşahlar dövrünə aid məqbərənin ağır texnika vasitəsilə dağıdılaraq məhv edilməsi faktı müəyyən olunub: “Hadisə ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə məlumat verilib. Zəruri məlumatlar hazırlanaraq hüquq-mühafizə orqanlarına da təqdim olunacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə Kələzağ adlandırılan “Qışlaq yaşayış yeri”ndə qəbiristanlıq və Şirvanşahlar dövrünə aid məqbərənin dağıdılması ilə bağlı görüntünlər yayılıb.  

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə