Yağışsız hava proqnozu - VİDEO

Yağışsız hava proqnozu - VİDEO
Sabahdan yağmursuz hava gözlənilir

Sentyabrın 2-si gündüzdən başlayaraq 3-ü gecə və səhər saatlarında ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilib.

Bu barədə REAL-ın birbaşa efirində Baş hidroloq Asif Verdiyev daha ətraflı məlumat verib.

Ölkə ərazisində yağışlı hava şəraitinin hökm sürdüyünü bildirən hidroloq bəzi ərazilərdə yağışın leysan xarakterli olduğunu bildirib:

"Rayonlarda müşahidə edilən qeyri-sabit hava şəraiti yaxın 2 gün ərzində də davam edəcək. Şimşək çağacaq, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimalı var. Bölgələrdə mülayim şərq küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gündüz 26-31 dərəcə, dağlıq ərazilərdə isə 14-19 dərəcə isti gözlənilir. Bakıda və Abşeron yarımadasında isə yaxın 2 gün ərzində hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacaq. Gün ərazində hava əsasən yağmursuz keçəcək".

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 25-28, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq.
 

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 04-05-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə