Niderlandda rekord istilik - 100 ilin ən isti avqustu (FOTO)

Niderlandda rekord istilik - 100 ilin ən isti avqustu (FOTO)

Bu gün rəsmi olaraq indiyə qədər Niderlandda son 100 ildə ölçülən ən isti 27 avqustdur.

REAL-ın Avropa bürosunun məlumatına görə, günorta saat 14:30-da havanın istiliyi 31.5 dərəcə olub. Bu isə o deməkdir ki, 1964-cü ildən bəri 31.2 dərəcə olan avqust ayının istilik rekorduna bugünkü istilik rekordu əlavə edildi. Bugünkü rekord bu ilin on üçüncü tarixi istilik rekordudur

Bu gün təkcə 27 avqust tarixində ən isti deyil, eyni zamanda bu rekord son rəsmi istilik dalğasının ən isti günüdür.

Maksimum temperatur sahildə 30 dərəcədən cənub-şərqdə 34 dərəcəyə qədər dəyişir.

Sabah temperatur enəcək, amma yenə də isti olacaq. Şimalda, Randstadda və Zeelandın böyük hissələrində 26-28 dərəcə isti olacaq. Brabantın qərbindən bir zolaqda, Utrext və Flevoland Frieslandın cənubunda 29 dərəcə qədər artacaq.

Groningen, Drenthe, Overijssel, Gelderland, Brabant və Limburgun ortası və şərqində sabah da 30-32 dərəcə tropik istilər davam edəcək. 

Havanin istiliyi cümə axşamı nisbətən enəcək və  21-26 dərəcə təşkil edəcək. 

Növbəti şənbə günü avgust ayı üçün yenidən genişmiqyaslı isti ola bilər. 


 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə