Tramp: Putini növbəti “Böyük yeddilik“ sammitinə dəvət edə bilərəm

Tramp: Putini növbəti “Böyük yeddilik“ sammitinə dəvət edə bilərəm

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini növbəti  "Böyük yeddilik" sammitinə dəvət edə biləcəyini bəyan edib.

REAL-ın APA-ya istinadən xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

D. Tramp V. Putinin 2020-ci ildə ABŞ-da keçiriləcək sammitə qonaq qismində dəvət edilməsini tamamilə mümkün sayıb. Bununla belə, ABŞ Prezidenti Fransanın Biarritz şəhərində keçirilən "Böyük yeddilik" sammitində Rusiya ilə bağlı müzakirələr zamanı deyib ki, Moskvanın "Böyük yeddilik" formatına qayıdıb-qayıtmayacağını bilmir.

Xatırladaq ki, bundan əvvəl D. Tramp Fransa Prezidenti Emmanuel Makronun V. Putinin 2020-ci ildə ABŞ-da keçiriləcək sammitə dəvət edilməsi barədə təklifi ilə razılaşdığını söyləyib. Rusiya Prezidenti isə öz növbəsində deyib ki, Moskva "Böyük yeddilik" ölkələri ilə istənilən əlaqəni faydalı sayır və yenidən "Böyük səkkizlik" formatının formalaşmasını istisna etmir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə