Şimali Koreya nəhəng raket qurğusunun sınağını keçirib

Şimali Koreya nəhəng raket qurğusunun sınağını keçirib

Şimali Koreya bir neçə raketi buraxmağa qadir olan nəhəng buraxıcı qurğunu uğurla sınaqdan keçirdiyini bəyan edib.

REAL-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Sınaq prosesində Şimali Koreya lideri Kim Çen İn iştirak edib. K. Ç. İn Şimali Koreya alimlərini uğurlu fəaliyyətləri münasibəti ilə təbrik edib və düşmən qüvvələr tərəfindən təhlükələrin qarşısının qətiyyətlə alınması üçün hərbi sənaye sahəsində fəaliyyətlərini davam etdirməyə çağırıb.

Qeyd edək ki, dünən  Şimali Koreya Yapon dənizi istiqamətində yaxın mənzilli ballistik raket olduğu ehtimal edilən iki buraxılış həyata keçirib. Raketlər 380 kilometr məsafə qət edib, uçuş hündürlüyü isə maksimal nöqtədə 97 kilometrə çatıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə