Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin bəzi detalları məlum oldu

Rəcəb Tayyib Ərdoğanın  Rusiyaya səfərinin bəzi detalları məlum oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 27 avqust tarixində Rusiyaya edəcəyi səfərin bəzi detalları məlum olub.

Məlumata görə Türkiyə prezidenti Rusiya prezidenti Vladimr Putinin dəvəti ilə Rusiya gedir və burada MAKS -2019 (aviasiya manevr) tədbirinə qatılacaq.

Türkiyə prezidenti ilə birlikdə bir neçə nazirin də Rusiyaya səfər edəcəyi bildirilir.

İki dövlət başçısının görüşməsində Suriya və İdlibdəki hadisələrin, son vəziyyətin müzakirə ediləcəyi də bildirilir.

İki tərəfli geniş tərkibdə görüşlərin keçirilməsi də planlaşdırılır.

Digər xəbərlər
Bu gün
Dünən