“Şah“ın heç-heçə “aludəçiliyi“ - VİDEO

“Şah“ın heç-heçə “aludəçiliyi“ - VİDEO
Məmmədyarov "Sinkfild" kubokunda 7-ci görüşünü də sülhlə bitirib

ABŞ-ın Sent-Luis şəhərində “Grand Chess Tour 2019” seriyasının 5-ci mərhələsi davam edir. Sinkfild kubokunda 6-cı turun görüşləri reallaşıb.

Şahmatçımız Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə münasibətləri aydınlaşdırıb. Tərəflər 14-cü gedişdə yarım xala razılaşıblar.

Xatırladaq ki, qrossmeysterimiz əvəlliki 5 oyunda da sülh bağlayıb. Təmsilçimiz rusiyalı Sergey Karyakinlə Yan Nepomnyaşi, amerikalı Hikaru Nakamura, norveçli Maqnus Karlsen və ermənistanlı Levon Aronyanla xalı yarı bölüb.

6-cı turun digər görüşlərində də qalib müəyyənləşməyib. Hikaru Nakamura Maqnus Karlsenlə, amerikalı Fabiano Karuana fransalı Maksim Vaşe-Laqravla, Yan Nepomnyaşi çinli Dinq Lirenlə, hindistanlı Vişvanatan Anand hollandiyalı Aniş Qiriylə, Sergey Karyakin isə Aronyanla heç-heçə edib.

6 turdan sonra aktivində 3 xal olan şahmatçımız 4-9-cu yerləri bölüşür.

Bu gün reallaşacaq 7-ci turda şahmatçımız Maksim Vaşye-Laqravla görüşəcək.

11 turdan ibarət 5-ci mərhələyə avqustun 28-də yekun vurulacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə