R.T.Ərdoğan Rusiyaya gedir

R.T.Ərdoğan Rusiyaya gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 27-də Rusiyaya səfər edəcək.

REAL-ın Türkiyə bürosunun məlumatına görə, iki dövlət başçısının Moskvada Suriya xüsusi ilə İdlibdə son günlər baş verənləri müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə prezidenti rusiyalı həmkarı ilə bu gün telefonla danışıb. İki dövlət başçısının telefon danışığı zamanı Suriya və Liviyadakı vəziyyəti müzakirə etdiyi bilidirilir.

Telefon danışığı zamanı Türkiyə prezidenti Əsəd rejiminin İdlibdəki silahlı hücumlarını böyük bir insan faciəsinə yol açdığını, silahlı hücumların Suriyada problemin həllinə mane yaradacağını və Türkiyənin milli təhlükəsizliyi baxımından çox ciddi bir təhdidə çevrildiyini bildirib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə