Türkiyədə dəhşətli qətl - VİDEO

Türkiyədə dəhşətli qətl - VİDEO
Ata keçmiş arvadını 10 yaşlı qızının gözü önündə öldürdü

Bu dəhşətli hadisə Türkiyənin Qırıqala şəhərində baş verib. Kafelərdən birində övladı ilə yemək yeyən Əminə Bulud 4 il əvvəl boşandığı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisə bütün Türkiyədə şok effekti yaradıb. Eks-əri Fedai Baran 10 yaşlı qızının gözü qarşısında Əminə Buludun boğazını kəsib.

Ana ölmək istəmədiyini, 10 yaşlı qızı isə ölməməsini yalvarır...

Yaralı təcili tibbi yardımla xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Fədai Baran daha sonra açıqlamasında keçmiş həyat yoldaşının uşağın yanında onu təhqir etdiyi üçün bu yola əl atdığını bildirib. Amansızlıqla qətlə yetirilən Əminə Buludun qardaşı mediyaya açıqlaması zamanı qatil ərin edam edilməsini tələb edib.

Hadisə ilə bağlı sosial şəbəkələrdə Əminə Bulud həştəqi yaradılıb və hər kəs bu hadisəyə qarşı çıxıb.

Türkiyədə gündəm olan bu qətl hadisəsinə dövlət rəsmiləridə reaksiya verib.

Türkiyə prezidentinin adından da hadisəylə bağlı açıqlama yayılıb. Açıqlama da bildirilir ki, Türkiyə prezidenti hadisədən dolayı kədərlidir və qatilin cəzasını alması, bundan başqa qadına şiddətlə mübarizəni artırmaq üçün aidiyyatı şəxslərə tapşırıq verib.

Ədalət naziri Gül tvitter hesabından açıqlama verib. Açıqlamada deyilir ki, vəhşicəsinə öldürülən Əminə Buludun qatili tutulub və hüquqi prosseslər həyata keçirilir. Qatil ən ağır cəzanı alacaq.

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu qətllə bağlı fikrini bildirərək qadının “ölmək istəmirəm” çığırtısının bu günə kimi cinayətə qurban gedən bütün qadınların səsi olduğunu bildirib.

Rəsmi statistikalara görə 2018-ci il ərzində Türkiyədə 439 qadın qətlə yetirilib. Bu rəqəm 2017-ci ildə 409 olub.

Türkiyə Qadın Haqqları Qoruma dərnəklərinin ən çox fəaliyyət göstərdiyi ölkələrdən biridir. Lakin buna baxmayaraq hər il kişilər tərəfindən öldürülən qadınların sayı artmaqdadır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə