Güllər içində bitən qanqal - VİDEO

Güllər içində bitən qanqal - VİDEO
26 illik işğal tarixi

Əsrlər itirdik illər içində,

Qanqallar bitirdik güllər içində

Bu misraları əbəs yerə demədim. Artıq 26 ildir ki, Cəbrayılda, Füzulidə güllər içində qandallar bitib. 26 ildir əsirlikdədir torpağımız, əsirlikdədir abidələrimiz. 

Tək Xudafərin deyil, saya gəlməyən abidələrimiz bu gün düşmən tapdağı altındadır. Bu gün Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb.

Həm Cəbrayıl, həm də Füzuli rayonlarının işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan dəyib. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüb, onların şəxsi mülkləri talan edilib. Füzuli rayonu 657, Cəbrayıl rayonu isə 400 nəfərə yaxın şəhid verib.

Bu gün Cəbrayıl və Füzulinin əhalisi ölkəmizin 58 rayonunda məcburi köçkün həyatı yaşayır. Onların ata-baba yurdunda isə ermənilər məskən salıb. Bu Cəbrayıl rayonunun son görüntüləridir. 

Bu isə Füzuli rayonundan olan son görüntülərdir. 

Hər il olduğu kumi bu il də Cəbrayıl və Füzuli rayonlarının işğal tarixi Şəhidlər Xiyabanında anıldı. 

Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə bağlı XİN infoqram hazırlayıb. Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi isə yaydığı bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş əzəli Azərbaycan torpaqlarında xalqımızın məhv edilən, siması dəyişdirilən dini mənəviyyat abidələri belə bir vandal münasibətlə üzləşdiyi vurğulanıb.

“Azərkosmos” ASC təcavüzkar Ermənistan tərəfindən Füzuli rayonunda dağıdılmış Füzuli şəhərinin “Azersky” peyki vasitəsilə 2017-ci il iyulun 3-də əldə olunmuş təsvirini yayımlayıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə