Braziliyada meşə yanğınlarını söndürmək üçün hərbçilər cəlb edilə bilər

Braziliyada meşə yanğınlarını söndürmək üçün hərbçilər cəlb edilə bilər

Braziliya prezidenti Jair Bolsonaro Amazon bölgəsini ağuşuna alan meşə yanğınlarını söndürmək üçün hərbçilərin cəlb olunacağını istisna etməyib.

REAL xəbər verir ki, bu barədə “Report” “Globo”ya istinadən xəbər verir.

Qeyd edək ki, Milli Kosmik Tədqiqatlar İnstitutunun (İNPE) son məlumatına görə, ilin əvvəlindən regionda yanğınlar üzündən 1,8 milyon hektardan artıq meşə məhv olub. Avqustun 22-nə olan məlumata görə, yanğın ocaqlarının sayı 76 mindən artıq olub. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 85 faiz çoxdur.

Ötən gün Braziliya dövlət başçısı meşə yanğınlarının qarşısını almağa güclərinin çatmadığını açıqlamış, Yer kürəsinin ağciyəri deyilən Amazon meşələrini xilas etmək üçün qonşu Argentina, Çili, Ekvador, Kolumbiya, Venesuela kömək etməyə hazır olduqlarını bildirmişdilər.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə