Bakı teleqülləsində yeni anten-fider sistemi istismara verilib

Bakı teleqülləsində yeni anten-fider sistemi istismara verilib

Bakı teleqüllə kompleksində yeni anten-fider sistemi istismara verilib.

“Teleradio” İstehsalat Birliyindən REAL-a verilən məlumata görə, bu sistem vasitəsilə İctimai TV və CBC Sport TV proqramlarının Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü televiziya kanalında HD formatlı açıq yayımı təmin olunub.

Belə ki, HD formatını dəstəkləyən istənilən qəbuledicini 34-cü TV kanala və ya 578 MHz tezliyə kökləyib Bakı şəhəri və Abşeron yarımadası ərazisində qeyd olunan hər iki proqramı bir paketdə qəbul edərək Full HD ölçüdə izləmək mümkündür.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə