Bakıda 8 yaşlı oğlanı cərəyan vuraraq öldürüb - TƏFƏRRÜAT

Bakıda 8 yaşlı oğlanı cərəyan vuraraq öldürüb - TƏFƏRRÜAT

Bakıda azyaşlı faciəli şəkildə ölüb.

REAL-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 8 yaşlı Ələkbərov Ələkbər Yusif oğlu qəsəbə ərazisində yerləşən yüksək gərginlikli elektrik paylayıcısının korpusuna toxunub və o elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.

APA-nın əldə etdiyi məlumata görə, azyaşlı pişiklə oynayarkən heyvan qaçaraq elektrik paylayıcısının korpusuna girib. Uşaq da pişiyin dalınca gedib və nəticədə onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə