Çinin 3 böyük şəhərində Azərbaycanın turizm potensialı təbliğ olunacaq

Çinin 3 böyük şəhərində Azərbaycanın turizm potensialı təbliğ olunacaq

Azərbaycan Turizm Bürosu sentyabrın 16-dan 22-dək Çin Xalq Respublikasının Pekin, Şanxay və Quançjou şəhərlərində silsilə təqdimatlar keçirəcək.

Bu barədə REAL-a Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, "Azerbaijan-China Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 12, Çindən 100-ə yaxın turizm şirkəti iştirak edəcək.
Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər baş tutacaq.

İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndiriləcək və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə