Ali məktəblərə qəbul olunanların 89 faizi qeydiyyatdan keçib

Ali məktəblərə qəbul olunanların 89 faizi qeydiyyatdan keçib

Avqustun 23-ü saat 17.00-a olan məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul olunanların 89%-i, (o cümlədən dövlət sifarişi əsasında qəbul olunanların 97%-i) qeydiyyatdan keçiblər.

Dövlət İmtahan Mərkəzindən REAL-a verilən məlumata görə, birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı bu gün başlayıb və sentyabrın 2-də bitəcək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə