Peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci turu keçiriləcək

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci turu keçiriləcək

Avqustun 28-də peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlayır.

Təhsil Nazirliyindən REAL-a verilən məlumata görə, qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçiriləcək.

İkinci turla bağlı sənəd qəbulunun “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə