XDMX-nın yaradılmasından 26 il ötür - VİDEO

XDMX-nın yaradılmasından 26 il ötür - VİDEO
Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramıdır

Bu gün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur.

23 avqust 1993-cü ildə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradılması və Azərbaycan Prezidentinə tabe edilməsi haqqında fərman imzalanıb. 

Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli sərancamı ilə idarənin adı dəyişərək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlanır. 

Xüsusi Dövlət Xidmətinin heyətinə həmçinin daxildir:

Azərbaycan Milli Qvardiyasi

İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi idarəsi

Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət agentliyi

Əsas vəzifələri Azərbaycan Prezidentinin, həmçinin ölkədə səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, Prezident rabitəsinin və xüsusi dövlət rabitəsinin təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidmətinin XDMX-nin əməkdaşları hərbi mövqelərdə də fərqləniblər.

XDMX-nın hərbçiləri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak ediblər.

Belə ki Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə XDMX əməkdaşlarından 13 nəfər həlak olub, 55 nəfər ağır xəsarət alıb, 21 nəfər itkin düşüb, 15 nəfər isə əlil olub.

Qeyd edək ki, Хüsusi Dövlət Mühafizə Хidməti əməkdaşlarının peşə bayramı münasibətilə qurumun bir qrup əməkdaşı vəzifəsini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə