Vətəndaşlara asan təklif - VİDEO

Vətəndaşlara asan təklif - VİDEO
Vətəndaşların müraciətləri virtual olaraq canlı şəkildə cavablandırılacaq

Əmlak Məsələləri Dövlət komitəsi tərəfindən yeni bir layihəyə start verildi.

Belə ki, artıq vətədaş müraciətləri virtual olaraq canlı şəkildə cavablandırılacaq ,eyni zamanda komitənin regional qurumlarına nəzarət birbaşa canlı bağlantı ilə onlayn şəkildə aparılacaq.

Elə həmin layihənin təqdimatı da bu gün Komitenin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində keçirildi.

Təqdimat zamanı Lənkəran və Qəbələ ərazi dairələrindən olan vətəndaşların komitəyə gəlmədən virtual olaraq müraciətləri dinlənildi.

Komitənin rəhbərliyi tərəfindən vətəndaşların müraciətləri operativ cavablandırıldı və həlli ilə bağlı yerli qurumlara tapşırıqlar verildi.

Qeyd edək ki, layihənin digər unikallığı komitə ilə regional qurumların fəaliyyətlərinə canlı bağlanmaqla nəzarət etmək, virtual konfransları keçirmək, baş verən hadisələrə tez bir zamanda reaksiya verməkdən ibarətdir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə