Azərbaycan yığmasının heyətində dəyişiklik edilib

Azərbaycan yığmasının heyətində dəyişiklik edilib

Təlim-məşq toplanışını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. 

REAL APA-ya istinadla xəbər verir ki, yığmamızın milliləşən oyunçusu Amadeu Fernandes komandanın toplanışına qatıla bilməyib. 

Buna legionerin viza ilə bağlı problemlə üzləşməyi səbəb olub. Baş məşqçi Joze Alesio EKOL klubunun üzvü Fərid Atakişiyevi hazırlığa dəvət edib. 

Qeyd edək ki, avqustun 24-dək Bakıda toplanış keçirəcək milli hazırlığını avqustun 25-dən 29-dək Minskə davam etdirəcək. Toplanış çərçivəsində komandamız avqustun 26-da və 28-də Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə