San-Fransisko beynəlxalq aeroportu kiçik plastik su butulkalarının satışına qadağa qoyub

San-Fransisko beynəlxalq aeroportu kiçik plastik su butulkalarının satışına qadağa qoyub

Çərşənbə axşamı San-Fransisko beynəlxalq aeroportunda bir litrdən az həcmli plastik su butulkaların satışına qadağa qüvvəyə minib. Lakin səyahətçilərə böyük həcmdə plastik qablaşdırmada su almaq əvvəlki kimi təklif olunur.

REAL AZƏRTAC-a istinadla xəbər verir ki, San-Fransisko hava limanı administrasiyasının bəyanatına istinadla xəbər verir ki, aeroportda yerləşən bütün restoranlar, pərakəndə satış mağazaları, ticarət avtomatları suyu alüminium, şüşə, təkrar emal oluna biləcək, yaxud Bioloji Parçalanan Ərzaqlar İnstitutu tərəfindən sertifikatlaşdırılmış butulkalarda satmalıdırlar.

Yeni qaydalar bir litrdən az həcmli bütün butulkalara aid edilir. Lakin qazlı içkilər, soyuq çay və meyvə şirəsi olan butulkalara qadağa qoyulmur.

Aeroportun direktoru İvar S.Satero bəyan edib ki, administrasiya bu addımı atmaqla şəhərin zibilxanalarına daxil olan tullantıları sıfır həddinə çatdırmaq məqsədinə yaxınlaşmağa cəhd edir.

San-Fransisko şəhər administrasiyası 2021-ci ilədək tullantıları sıfır həddinə çatdırmağa ümid edir. Lakin bir sıra istehlakçılar qadağanın bütün içkilərə deyil, niyə məhz plastik su butulkalarına qoyulması barədə narazılıqlarını bildirirlər. Hava limanının istifadəçilərinin fikrincə, qaydalar bütün içkilərə aid edilməlidir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə