Bakıda məktəbli yarmarkaları - VİDEO

Bakıda məktəbli yarmarkaları - VİDEO
Artıq yarmarkalar fəaliyyətə başlayıb

Yeni dərs ilinin başlanması ilə əlaqədar Paytaxta bir neçə məktəb ləvazimatları yarmarkaları açılıb. Yarmarkalarda məktəbliyə lazım olacaq bütün məhsulları rahatlıqla yapmaq mümükündür.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun REAL TV-yə verdiyi məlumata görə, Yaramarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib.

Satıcıların dediyinə görə,yarmarlarkalarda qiymət əhalinin büdcəsinə uyğundur.

Yarmarkada ucuzluq olsada alıcı sarıdan qıtlıq çəkdiyinin şahidi olduq. Alıcılar az olsa da,yarmarkaya gələnlər qiymətlərdən razı idilər.

Yarmarkada 
Çantaların qiyməti 8-75 manat arası 
Dəftərlərin qiyməti 10 qəpik - 1 manat 10 qəpik arası
Qələmlərin qiyməti -10 qəpik -1 manat arası
Karandaşın qiyməti -10 qəpik - 80 qəpik arası
Rəngli karandaşın qiyməti -1 manat 50 qəpik - 5 manat 
Xətkeşin qiyməti - 30 qəpik - 80 qəpik arası
Albomun qiyməti - 1 manat - 2 manat arası
Yeməkqabının qiyməti - 7 manat - 15 manat arası
Suqabıların qiyməti - 3 manat - 15 manat arası dəyişir.

Mağazalardakı qiymətlər də yarmarkalardan bir o qədər də fərqli deyildi.Satıcılar bildirdiki,yeni tədris ili bağlı qiymətlərdə artım yoxdur.

Mağazalardakı alıcılar bildirdilər ki,burada satılan məhsullar daha keyfiyyətli olduğu üçün yarmarkalara getməyə ehtiyyac duymurlar.

Mağazalarda
Çantaların qiyməti -10-70 manat arası
Dəftərlərin qiyməti - 12 qəpik-1 manat arası
Qələmlərin qiyməti -15 qəpik -1 manat arası
Sadə Karandaşın qiyməti -10 qəpik - 70 qəpik arası
Rəngli karandaşın qiyməti -95 qəpik- 12 manat arası
Xətkeşin qiyməti - 20 qəpik - 2 manat arası
Albomun qiyməti - 50 qəpik - 1 manat 30 qəpik arası
Yeməkqabının qiyməti - 3 manat - 10 manat arası
Suqabıların qiyməti - 3 manat - 25 manat arası dəyişir.

Qeyd edək ki, Yarmarkalar sentyabr ayının sonuna kimi davam edəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə