Ərdoğan nazirləri toplayır - VİDEO

Ərdoğan nazirləri toplayır - VİDEO
İdlibdəki kritik vəziyyət, İzmirdəki yanğınlar müzakirə mövzusudur

REAL-ın Türkiyə bürosunun məlumatına görə, PKK-ya qarşı keçirilən əməliyyatlar da iclasda müzakirə ediləcək.

Son 3 gündə İdlibdə, Diyarbəkir, Van, Mardin şəhərləri də daxil olmaqla ümumilikdə 29 şəhərdə aparılan PKK-ya qarşı əməliyyatlar və bundan başqa İzmirdə baş verən meşə yanğınları ümumilikdə Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanın toplantı keçirməsini gözlənilən edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə vaxtı ilə saat 15:00-da Ankarada, Beştəpədə nazirləri toplayacaq. Müşavirədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Daxili İşlər Naziri Süleyman Soylu, Bitki və Meşə naziri Bəkir Pakdəmirlinin birlikdə hesabat verəcəyi gözənilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə