Qonaq-qaralı Azərbaycan - VİDEO

Qonaq-qaralı Azərbaycan - VİDEO
Bu ilin 7 ayı ərzində Azərbaycana 1777,4 min əcnəbi turist gəlib

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Statistikanı Dövlət Sərhəd Xidməti açıqlayıb.

Bəlli olub ki, gələnlərin 30,6 faizi Rusiya Federasiyası, 22,8 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 7,2 faizi İran, 3,6 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirliklərindən olub. 

Ölkəmizə yanvar-iyul aylarında gələnlərin sayında daha çox artım Misir (83,2 faiz), Hindistan (80,6 faiz), Türkmənistan (78,5 faiz), Çin (74,3 faiz), Səudiyyə Ərəbistanı (48,8 faiz), Macarıstan (48,1 faiz), Böyük Britaniya (30,9 faiz), Cənubi Koreya (30,9 faiz), Yaponiya (29,3 faiz), Polşa (27,7 faiz), Kanada (25,2 faiz), Almaniya (25,1 faiz) və Gürcüstan (23,4 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,3 faiz artaraq 83,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 6,7 faiz artaraq 655,1 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,8 faizi dəmir yolu və avtomobil, 41,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib. Qeyri neft sektorunun inkişafını hədəfləyən Azərbaycanın turizm sahəsində əldə etdiyi nailiyyətlər nə qədər sevindiriisə biq o qədər də məsuliyyəti artırır. Son il ərzində ölkənin konkret iqtisadiyyatın aparıcı sahəsi olan turizmlı bağlı hədəflərin müəyyən edilməsi də bu işə öz töhfəsini verib. Dövlət Turizm Agentliyi bu ilin sonunadək ölkəyə gələn turistlərin sayının 3 milyona qədər artacağı qənaətindədir. Ekpertlər isə turizm sahəsində islahatları sürətləndirməklə növbəti il üçün bu rəqəmi daha da artırmağın mümkün olduğunu deyirlər. 

Turizmlə bağlı Azərbaycanın strateji hədəfləri bəllidir və milli iqtisadiyyatın ayrılmaz parçası olan turizm sektoru da bu hədəfə istiqamətlənib.

Həllini gözləyən problemlər də sıradan azaldıqca bu yol bir qədər də yaxın olacaq. Bəlkə də gözlədiyimizdən daha yaxın.

Çünki Azərbaycan qonaq-qaralı olmaqdan yalnız məmnunluq duyur. Çünki bu gəlirdən əvvəl qanımızdan gəlir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə