Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI

Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb. 

REAL APA-ya istinadla xəbər verir ki, yarmarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib. Yarmarka çadırları Bakı metropolitenin “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə fəaliyyət göstərir. Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar təklif olunur.

Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etməkdir. Yarmarkalar sentyabr ayının sonuna kimi davam edəcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə