Qalib yenə müəyyənləşmədi - VİDEO

Qalib yenə müəyyənləşmədi - VİDEO
“Sinkfild” kubokunda 3-cü turun görüşləri sülhlə bitib

ABŞ-ın Sent-Luis şəhərində “Grand Chess Tour 2019” seriyasının 5-ci mərhələsi davam edir.

Şahmatçımız Şəhriyar Məmmədyarov Sinkfild kubokunda 3-cü görüşünə çıxıb. Qrossmeysterimiz rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Tərəflər 53-cü gedişdə heç-heçəyə razılaşıblar.

Xatırladaq ki, ilk turda rusiyalı Sergey Karyakinlə sülh bağlayan Məmmədyarov, ardınca amerikalı Hikaru Nakamura ilə xalı yarı bölüb.

Sinkfild turnirinin iştirakçıları sülhsevərliklərini davam etdirirlər. Belə ki, günün digər görüşlərində də qalib müəyyənləşməyib. Beləliklə, 3 turda reallaşan 18 oyunun 17-də heç-heçə qeydə alınıb. Yalnız ilk oyun günündə hindistanlı Vişvanatan Anand rusiyalı Yan Nepomnyaşini mat qoyub.

Şahmatçımız 4-cü turda norveçli Maqnus Karlsenlə münasibətləri aydınlaşdıracaq.

11 turdan ibarət 5-ci mərhələyə avqustun 28-də yekun vurulacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə