Gömrükdə yeni qayda - VİDEO

Gömrükdə yeni qayda - VİDEO
Rusiyada yeni fitosanitar nəzarət qaydaları qüvvəyə minib

Azərbaycandan Rusiyaya gedən sərnişinlərin əl çantaları və yükləri yeni qaydalara əsasən yoxlanılacaq.

Avqustun 19-dan etibarən Rusiyada yeni fitosanitar nəzarət qaydaları qüvvəyə minib.

Yeni qaydalara görə, gəmi, təyyarə, qatar və avtomobillə Rusiyaya gələn sərnişinlərin əl çantaları və yüklərində meyvə və tərəvəz, gül və bitki mənşəli məhsulların miqdarı sərhəd-keçid məntəqələrində Gömrük Federal Xidmətinin əməkdaşları tərəfindən yoxlanılacaq.

Əgər adıçəkilən məhsulların miqdarı 5 kiloqramdan artıq olarsa, o zaman həmin vətəndaşdan fitosanitar sertifikat tələb olunacaq. Bu sənəd olmayacağı təqdirdə, gömrükçülər həmin məhsulu götürəcəklər

Yeni fitosanitar qaydaların tətbiq olunacağı sərhəd keçid məntəqələrindən biri Dağıstanda, Azərbaycanla sərhəddə yerləşir.

Bundan başqa, Finlandiya, Estoniya ilə sərhədlərdə də yeni qayda tətbiq olunacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə