Şagirdlər üçün vahid forma - VİDEO

Şagirdlər üçün vahid forma - VİDEO
Məktəbli formaları 2020-2021-ci tədris ili üçün nəzərdə tutulur

2020-2021-ci tədris ilindən Azərbaycanın bütün dövlət ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq ediləcək. Vahid məktəbli forması yalnız dövlət ümumtəhsil məktəblərində tətbiq olunacaq.

Liseylərdə bu və ya fərqli formanı tətbiq edə bilərlər.

Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyyət Adıgözəlovun REAL TV-yə verdiyi məlumata görə, əvvələr hər bir məktəb özü məktəbli formasını müəyyən edirdi, artıq bu belə olmayacaq.

Əhliyyət Adıgözəlov bildirdiki, vahid məktəbli formasında ibtidai siniflə yuxarı sinif şagirdlərinin geyim forması fərqlənəcək.

Həmçinin,Bakı Tikiş Evi məktəbli formalarını bütün ölkə üçün hazırlayacaq və yerlərdə satış məntəqələri olacaq. Məktəbli formasının qiymətininə gəlincə isə Bakı Tikiş Evi qiymətləri özü müəyyənləşdirəcək. Təbii ki, burada əhalinin alıcılıq qabiliyyəti nəzərə alınacaq.

Geyim forması tam qərarlaşdırıldıqdan sonra qiymət məsələsinə də baxılması da nəzərdə tutulur.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə