Qubanın daha bir kəndində yanğın baş verib - YENİLƏNİB

Qubanın daha bir kəndində yanğın baş verib - YENİLƏNİB

Quba rayonunun daha bir kəndində əkin və bağ sahəsində yanğın olub.

REAL-ın "Report"a istinadən məlumatına görə, rayonun Talabıqışlaq kənd bələdiyyəsinin Küçeyi kəndi ərazisində iki hektara yaxın bağ və biçilmiş taxıl sahələri yanıb.

Yanğın baş verən ərazidə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də olub, yanğının söndürülməsi istiqamətində müvafiq göstərişlər verib. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

****

17:28

Quba rayonunun daha bir kəndində kol-kos sahələrində yanğın baş verib.

REAL-ın "Report"a istinadən məlumatına görə,, rayonun Hacıhüseynli kəndində iki hektara qədər ərazi yanıb. 

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev hadisə yerinə gələrək yanğının söndürülməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə göstəriş və tövsiyələrini verib. 

Yanğın söndürülüb, alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə