ABŞ səfirliyindən REAL-a cavab - VİDEO

ABŞ səfirliyindən REAL-a cavab - VİDEO
ABŞ münaqişənin ədalətli və sülh yolu ilə həllini dəstəkləyir

ABŞ-ın Azərbaycandakı səfirliyi REAL Təhlil Və İnformasiya mərkəzinin Ermənistanın Baş Naziri Nikol Paşinyanın Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həll olunmasının ruhuna birbaşa zidd olan bəyanatlarına münasibət öyrənmək məqsədilə göndərdiyi sorğuya cavab verib.

Sorğuya cavab olaraq bildirilib ki,

"ABŞ, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq tərəflərə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə kömək etməyə güclü şəkildə sadiq qalır.

Minsk Qrupu həmsədrləri tərəfləri dəfələrlə gərginliyi azaltmaq üçün tədbirlər görməyə və konstruktiv danışıqlara şərait yaradan mühiti dəstəkləməyə çağırıblar".

Xatırladaq ki, Nikol Paşinyan Xankəndinə səfəri çərçivəsində Dağlıq Qarabağı Ermənistanın bir hissəsi adlandırıb. Bəyanatdan dərhal sonra Ermənistanın Xarici İşlər Naziri də onun mövqeyni təsdiqləyib. Rəsmi Bakı Rəsmi İrəvanın bu bəyənatlarını qəti şəkildə pisləyib və bu kimi addımların danışıqlar prosesinə zərbə vurduğunu bildirib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə