Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 1 gümüş və 1 bürünc medal qazanıblar

Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 1 gümüş və 1 bürünc medal qazanıblar

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona çatıb.

REAL-ın APA-ya istinadən məlumatına görə, mundialın son günündə Azərbaycan millisi daha 1 gümüş və 1 bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərimizdən Əsgər Əlizadə (60 kq) mundiala inamlı start verib. Mübarizəyə 1/8 finaldan qoşulan yığmamızın üzvü koreyalı həmkarına heç bir şans tanımayıb. Ancaq 1/4 finalda böyüklər arasında son Avropa çempionatında bürünc medal qazanmış Türkiyə pəhləvanına yenilib.

Rəqib finala yüksəldiyi üçün Əsgər avqustun 18-də təsəlliverici görüşə çıxıb və 1 dəqiqə 20 saniyə ərzində əlcəzairli güləşçini mübarizədən kənarlaşdıraraq bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Həlledici görüşdə Qırğızıstan idmançısını da tam üstünlüklə məğlub edən Əlizadə dünya üçüncüsü olub.

Ülvi Qənizadə (72 kq) ilk mərhələdə prinsipial görüşə çıxıb. İlk hissədə qazandığı xallar həmyerlimizə erməni güləşçi üzərində qələbə qazandırıb. Gənclər arasında Avropa çempionu növbəti qarşılaşmada Macarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Qənizadə iranlı pəhləvanı da üstələyərək yarımfinala vəsiqə qazanıb. Türkiyə güləşçisindən də güclü olan Ülvi adını finala yazdırıb.

Həmyerlimiz həlledici qarşılaşmada Rusiya güləşçisiylə üz-üzə gəlib. Gərgin keçən görüşdə rəqib qalib gəlib və Qənizadə gümüş medalı boynundan asıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə