Qan donduran hərarət - VİDEO

Qan donduran hərarət - VİDEO
Planetimiz böyük təhlükə ilə üz-üzədir

Qlobal istiləşmə səbəbindən Arktikada buzlaqların sürətlə əriməsi planetimizin gələcəyi üçün böyük təhlükə yaradır.

Qütb dairəsi arxasındakı meteostansiya Arktikada tarixin ən yüksək temperaturunu müəyyən edib.

Milli Okean və Atmosfer Tədqiqatları Administrasiyasının məlumatına görə, İsveçdə, Qütb dairəsindən şimalda yerləşən meteoroloji stansiyada iyul ayında Arktika regionu üçün rekord temperatur – 34,8 dərəcə Selsi isti qeydə alınıb.

Rekord temperatur iyulun 26-da Qütb dairəsinin cənub kənarında yerləşən, İsveçin kiçik Markusvins istehkamında müəyyən edilib.

Şimal Buzlu Okeanında buzların sahəsi 19,8 faiz azalıb. Bu, 2012 və 2015-ci illərdə qeydə alındığından da çoxdur. Həmin dövrdə də rekord temperaturlar müəyyən edilmişdi.

Yerdə orta temperaturun Selsi şkalası üzrə 1,5 dərəcə artmasının qarşısını almaq məqsədilə “irimiqyaslı birgə addımlar lazımdır”.

Bu baş verməzsə, 2030-cu ilə qədər kritik həddə gəlib çıxılacaq. Bunun nəticəsi isə irimiqyaslı quraqlıqlar, dağıdıcı tufanlar və subasmaları olacaq ki, bunlar onlarla milyon insanın həyatına təhlükə törədir.

Svaalbard və Qrenlandiya adalarını bir-birindən ayıran Fram boğazı buzlaqların “öldüyü” yerlərdən biridir.

Qlobal iqlim dəyişikliyi Arktikada buzlaqları normadan iki dəfə artıq isidir və bu da kütləvi şəkildə əriməyə gətirib çıxarır.

Bu isə buzlaqların altında bir çox xoşagəlməz proses yaradır.

Elm adamları buzun altındakı proseslərin hansı təhlükələr yaradacağını dəqiq bilmək üçün daha çox məlumat əldə etmək istəyirlər. Fram Boğazı Arktika Rəsədxanasının məlumatlarına görə, 1990-cı ildən bu yana dəniz buzlarının qalınlığı üç metrdən iki metrə qədər azalıb.

Buzlaqlar təkcə Arktikada yox, Antarktikada da sürətlə ərimə təhlükəsi ilə üz-üzədir.

Tədqiqatçılar Antarktikada buzlaqların sürətlə əriyəcəyini bəyan edirlər.

Qənaətə görə, Antarktikada buzlaqların əriməsi nəticəsində dəniz suyunun səviyyəsi 50 santimetr qalxa bilər. Son tədqiqatlarda göstərilir ki, 1990-cı illərlə müqayisədə Antarktidada buz itkisi beş dəfə artıb.

Buz itkisi qitənin içərilərinə doğru irəliləyir və bəzi yerlərdə qalınlığı 100 metrdən də aşağı düşür. 

Dünya iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək zirvələrdən, okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünyanın hər yerində hiss edilir.

Son zamanlar eniş edən təyyarələr küləyin sürətinin daha güclü dəyişikliyinə məruz qalır

İngiltərənin Redinq Universitetinin alimləri iddia edirlər ki, qlobal istiləşmə aydın səmada turbulentliyin artmasına səbəb olacaq, bu isə aviasərnişinlər üçün böyük təhlükədir.

Tədqiqatçılar aşkar ediblər ki, Arktikada istiləşmə stratosferin aşağı qatında havanın temperatunu aşağı salır. Bununla eyni zamanda ekvator üzərində troposferin yuxarı hissəsi qızır. 

Ekvatorla qütblər arasındakı temperatur fərqi nə qədər yüksək olarsa, Şimali Atlantika üzərindən qərbdən şərqə doğru yüksək hava axınları da bir o qədər güclü olur.

Troposferin aşağı hissəsində əks-tendensiya yaranır: temperatur mülayimləşir və hava axını zəifləyir. 

Hər iki proses bir-birini kompensasiya etsə də, son zamanlar küləyin sapmasının gücləndiyi müşahidə olunur: atmosferin nisbətən kiçik hissəsində küləyin istiqaməti və sürəti əhəmiyyətli dərəcədə dəyişir. Yuxarı hava axını dəyişmir, aşağı isə zəifləyir. Beləliklə, eniş edən təyyarələr küləyin sürətinin daha güclü dəyişikliyinə məruz qalır. 1979-cu ildən etibarən küləyin şaquli yerdəyişməsi 15% artıb.

İqlim modelləri XXI əsrin ortalarına doğru turbulentliyin aydın səmada 2-3 dəfə artacağından xəbər verir.

Bu hal aviaqəza törətməsə də, sərnişinlərin və ekipaj üzvlərinin ciddi zədələr almalarına səbəb ola bilər.

Faciəli meteoroloji hadisələr, ərzaq və su ehtiyatlarına təsir edən qeyri-sabit iqlim şəraiti, infeksion xəstəliklərin baş verməsinin yeni modelləri və ekosistemlərin dəyişməsi ilə xəstəliklərin yaranması - bütün bunlar qlobal istiləşmədən irəli gəlir və sağlamlıq üçün təhlükələr törədir.

Əgər bəşəriyyət birgə fəaliyyət göstərməzsə, 2030-cu ilə qədər Yer üzündə indiki halında həyat sona çatacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə