Qax sakini Şəkidə faciəvi şəkildə ölüb

Qax sakini Şəkidə faciəvi şəkildə ölüb

Qax sakini Şəkidə faciəvi şəkildə ölüb.

REAL-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün Yevlax-Zaqatala-Gürcüstan yolunun, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, magistral yolda Qax sakininin idarə etdiyi "QAZel"markalı avtomobildə nasazlıq yaranıb. O, avtomobili "KaMAZ" markalı yük avtomobilinə qoşaraq ərazidən aparıb.

Sürücü daha sonra qoşqunu açmaq istəyərkən avtomobillərdən biri hərəkətə gəlib və yük avtomobilləri arasında qalan sürücü əzilərək faciəvi şəkildə ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, dünyasını dəyişən şəxs "QAZel" markalı avtomobili ilə meyvə-tərəvəz daşımaqla məşğul olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə