Göygöl rayonunda yük maşını yanıb - VİDEO

Göygöl rayonunda yük maşını yanıb - VİDEO

Bakı-Qazax avtomobil yolunda yük maşını yanıb.

REAL-ın "Report"a istinadən məlumatına görə, hadisə magistral yolun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 1988-ci il təvəllüdlü Vüsal Həşimovun idarə etdiyi "MAZ" markalı ot daşıyan yük maşını hərəkətdə olan zaman alışıb. Sürücü hadisə zamanı xəsarət almasa da yük maşını yük yerində olan otla bərabər yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə