Rusiya hərbçiləri 8 Gürcüstan vətəndaşını saxlayıblar

Rusiya hərbçiləri 8 Gürcüstan vətəndaşını saxlayıblar

Ötən gün Gürcüstanda Tsxinvali bölgəsinin inzibati sərhədi yaxınlığında Rusiya hərbçiləri Qori rayonunun səkkiz sakinini saxlayıblar.

REAL “Report”a istinadən xəbər verir ki, həmin şəxslər “sərhədi” qanunsuz keçməkdə təqsirləndirilirlər.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən Qori sakinləri təcridxanada saxlanılırlar. Gürcüstan vətəndaşları ilə bağlı məhkəmənin keçiriləcəyi gözlənilir.

Gürcüstan vətəndaşlarının saxlanılması ilə bağlı ölkənin Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyətə müraciət edərək, Rusiya hərbçilərinin qanunsuz hərəkətlərinin dayandırılması üçün effektiv tədbirlər həyata keçirməyə çağırıb.

XİN-dən qeyd olunub ki, işğal xəttində tez-tez təkrarlanan təxribat və insidentlər təhlükəzizlik baxımından vəziyyəti gərginləşdirir və münaqişədən zərər çəkən kəndlərdə onsuz da çətin olan humanitar durumu ağırlaşdırır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə