Kabildə toyda partlayış zamanı azı 40 nəfər ölüb - YENİLƏNİB

Kabildə toyda partlayış zamanı azı 40 nəfər ölüb - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə keçirilən toy mərasimində törədilən partlayış nəticəsində azı 40 nəfər ölüb, daha 100 nəfər isə yaralanıb.

REAL “Report”a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "BNO News" məlumat yayıb.

İlkin məlumatlara görə, partlayışı kamikadze törədib. Hadisədən sonra sağ qalanlar təşviş içində qaçmağa başlayıblar.

Əfqanıstanda partlayışı terror aktı adlandırıblar, lakin ona görə məsuliyyəti heç kim üzərinə götürməyib.

 

***

02:59

Əfqanıstanın paytaxtı Kabil şəhərində keçirilən toy mərasimi zamanı baş vermiş partlayış nəticəsində azı 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

REAL “Report”a istinadən xəbər verir ki, bu barədə Kabilin səhiyyə qurumlarına istinadən AFP məlumat yayıb.

Daha əvvəl də Kabildə toy zamanı partlayış olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə