Azərbaycan güləşçisi dünya çempionatında ikinci olub

Azərbaycan güləşçisi dünya çempionatında ikinci olub

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.

REAL-ın məlumatına görə, Azərbaycan yığması mundialda daha bir medal qazanıb.

Yunan-Roma güləşçisi Zaur Əliyev ilk görüşdə Qırğızıstan idmançısını tam üstünlüklə məğlub edib. Avropa çempionatının bürünc medalçısı 1/4 finalda Moldova təmsilçisini də ilk hissədə qazandığı xallarla üstələyərək yarımfinala yüksəlib. Yarımfinalda 2 il əvvəl yeniyetmələrin dünya çempionatının finalında qarşılaşdığı Yaponiya idmançısıyla üz-üzə gələn Əliyev revanş alıb. İlk hissədə 4 xallıq fəndi uğurla icra edən Zaur hesabdakı üstünlüyünü sonadək qoruyub və dünya çempionatının finalına vəsiqə qazanan ilk güləşçimiz olub.

Pəhləvanımız həlledici qarşılaşmada Rusiya təmsilçisinə uduzub və gümüş medalı boynundan asıb.

Qeyd edək ki, daha öncə Azərbaycanın üç sərbəst güləşçisi bürünc medal qazanıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə