Novak finalın bir addımlığında - VİDEO

Novak finalın bir addımlığında - VİDEO
Rusiyalı tennisçi favoritlərə qənim kəsilib

Amerika birləşmiş ştatlarının Sinsinati şəhərində keçirilən ATP seriyalı tennis turnirində yarımfinalçıların adlarına aydınlıq gəlib.

Yarışın reytinq favoriti serbiyalı Novak Çokoviç ¼ finalda Lukas Puili məğlub edib. İlk setdə 7-6 hesablı qələbəyə sevinmiş Novak növbəti partiyada rəqibinə cəmi 1 geym verib.

6-1. Cokoviç həlledici mərhələyə yüksəlmək üçün rusiyalı Danil Medvedevi mübarizədən kənarlaşdırlamlıdır.

Finala digər vəsiqə Rişar Qaske yaxud David Qoffinə qismət olacaq.

Bu mərhələyə qədər yolu qismən rahat olan Qofin karyerasında 5-ci titulu qazanmağa çalışacaq. Qaske isə fərdi yarışlarda daha böyük təcrübəyə malikdir.

Fransalı idmançı böyük dəbilqə seriyalı turnirlərdə 2 dəfə yarımfinal sevinci yaşayıb.

merika kortunu Rişar üçün düşərli saymaq olar. Sinsinati turnirinin ən yadda qalan siması isə rusiyalı Andrey Rublov hesab olunur.

Debütdə gürcü Nikoloz basilaşvilini məğlub etmiş Rublyov, bunun ardınca Sten Vavrinka və isveçrəli Rodjer Federerə yerini göstərib.

21 yaşlı tennisçi favoritlərin qəniminə çevrilsə də həmyerlisi Danil Medvedevə uduzmaqla mübarizəni dayandırıb.

Qeyd edək ki, turnirin ümumi mükafat fodnu 6,4 milyon dollar təşkil edir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə