“Barselona“nın hücumçusu bir aylıq sıradan çıxıb

“Barselona“nın hücumçusu bir aylıq sıradan çıxıb

İspaniya təmsilçisi "Barselona"nın əsas hücumçularından hesab olunan Luis Suares La Liqanın ilk turunda "Atletik"lə görüşdə zədələnib.  

REAL Report-a istinadla xəbər verir ki, 32 yaşlı hücumçunun sağ ayağındakı əzələsində problem aşkarlanıb. Uruqvaylı forvardın 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. 

Qeyd edək ki, "Barselona" ilk turda 0:1 hesabı ilə uduzub. L.Suares zədələndiyi üçün 37-ci dəqiqədə meydanı tərk edib. Kataloniya təmsilçisinin kapitanı Lionel Messi zədə səbəbindən həmin görüşü buraxmalı olub. 

Digər xəbərlər
Bu gün
Dünən