Messinin rekordu təkrarlanıb, “Barselona“ son 11 ildə ilklə üzləşib

Messinin rekordu təkrarlanıb, “Barselona“ son 11 ildə ilklə üzləşib

“Barselona” klubu son 11 ildə ilk dəfə İspaniya çempionatına qələbəsiz başlayıb.

REAL APA-ya istinadla xəbər verir ki,  son çempion La Liqanın ilk turunda “Atletik”lə səfər matçında uduzub.

Ernesto Valverdenin yetirmələri 0:1 hesablı məğlubiyyətlə üzləşib. Bunadək son 10 mövsümdə Kataloniya futbolçuları startda qalib gəlirdilər. “Barselona” ilk turdakı son xal itkisi ilə 2008-ci ildə üzləşib. Həmin vaxt “Numansiya” adlı-sanlı rəqibini 1:0 hesabı ilə yenib.

“Atletik”in qələbə qolunu vuran Atits Aduris isə rekorda imza atıb. O, İspaniya çempionatları tarixinin Lionel Messiyə məxsus rekordunu təkrarlayıb. A.Aduris ardıcıl 15-ci mövsümdə qol sevinci yaşayıb.

2005/06 mövsümündən başlayaraq La Liqada hər çempionatda ən azı bir dəfə rəqib qapısına yol tapan hücumçu argentinalı ilə şərikdir. Lakin ilk turu zədə səbəbindən buraxan L.Messi 16-cı mövsümündə qol vurmaqla rekordu yeniləmək imkanına da malikdir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə