“Qafqazinfo”nun məlumatına görə, açıq kəllə-beyin travması ilə Şirvan Mərkəzi Xəstəxanasına çatdırılan 1961-ci il təvəllüdlü Səmayə Muradova həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
***
10:33
Sabirabadda baş verən yol qəzasında yaralananların adları məlum olub.
REAL-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində KİA-nın sürücüsü və sərnişinləri, İmişli rayon sakini Dövlətov Nicat İbadulla oğlu (1987), Sabirabad xəstəxanasına, İmişli rayonu Xəlfəli kənd sakini, 2000-ci il təvəllüdlü Novruzov Haqverdi Seyran oğlu və rayonun Hacalmuradlı kənd sakini, 1961-ci il təvəllüdlü Muradova Səmayə Balaxan qızı Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
***
09:00
Sabirabad rayonunda baş vermiş qəza nəticəsində 2 nəfər ölüb.
REAL Report-a istinadla xəbər verir ki, hər iki meyit müayinə olunmaq üçün Sabirabaddakı məhkəmə tibbi ekspertizaya göndərilib.
Xəsarət alanlardan iki nəfər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bunlar 1955-ci il təvəllüdlü Xudiyev Əliibrahim Əliş oğlu, 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğludur. Daha 1 nəfər Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.
***08:12
Sabirabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
REAL Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Nərimankənd kəndi ərazisində olub.
İlkin məlumata görə, “KİA” və “QAZ-24” markalı avtomobillər toqquşub. Xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.