Polis akademiyası ilə tanışlıq - VİDEO

Polis akademiyası ilə tanışlıq - VİDEO
Polis akademiyasında kursantların valideynləri ilə görüş keçirilib

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 1-ci kursuna qəbul olunan kursantların valideynləri ilə görüş təşkil olunub. Əvvəlcə valideynlər Heydər Əliyevin zəngin irsinin öyrənildiyi mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.

Daha sonra valideynlər akademiyanın yeni istifadəyə verilən tədris binası ilə tanış olublar. Altımərtəbəli binanın müasir səviyyədə və yüksək zövqlə inşa olunduğu, burada təlim-tədris üçün hər cür şərait yaradıldığı, 138 nəfərlik oxu zalı və elektron kitabxananın müdavimlərin ixtiyarına verildiyi, yeni binada ümumilikdə 1400 kursant yerlik 11 mühazirə zalının mövcud olduğu xüsusi vurğulanıb.

Polis Akademiyasının idman meydançaları və zalları ilə tanış olan valideynlərin diqqətinə çatdırılıb ki, tədrir ocağında kursantların fiziki cəhətdən sağlam ruhda tərbiyə olunmalarına xüsusi diqqət yetirilir. Kursantlara və valideynlərə Polis Akademiyasının tarixindən və görülən işlərdən bəhs edən videoçarx nümayiş etdirilib. 

Polis Akademiyasının rəisi, polis general-mayoru Nazım Əliyev kursantları və onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik edib, bu ali təhsil müəssisəsinin daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynadığını, məzunlarının bir çoxunun ölkə miqyasında və nazirlik sistemində rəhbər vəzifələrdə xalqına, vətəninə layiqincə xidmət etdiklərini, cinayətkarlıqla mübarizəyə, insan hüquq və azadlıqlarının təmini işinə töhfələr verdiklərini xatırladıb. Nazim Əliyev polisin peşəkarlıq səviyyəsinin daim artırmasının bir vəzifə kimi ölkə və DİN rəhbərliyi tərəfindən qarşıya qoyulan ən vacib tələblərdən biri olduğunu xüsusilə vurğulayıb. Akademiyaya yeni qəbul olunan kursantlara bundan sonra daşıyacaqları polis adını daim uca tutumağı professor-müəllim heyətinin bilik və təcrübəsindən yararlanmağı tövsiyə edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə