Narkotik əməliyyatı - VİDEO

Narkotik əməliyyatı - VİDEO
Əməliyyat zamanı 13 kq marixuana aşkarlanıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Daxil olmuş məlumat əsasında Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Ağalar Xəlilov paytaxt ərazisində saxlanılıb. Onun Xəzər rayonu Albalılıq bağlar sahəsində yaşadığı evə baxış zamanı 13 kiloqram çəkidə qurudulmuş marixuana və narkotik vasitələrin çəkisini müəyyən edən elektron tərəzi aşkar edilərək götürülüb. İlkin sorğu zamanı Ağalar Xəlilov marixuananı Maştağa qəsəbəsində əkdiyini kultivasiya yolu ilə yetişdirəndən sonra satmaq məqsədi ilə yaşadığı evə gətirdiyini bildirib.

Baş İdarə əməkdaşları Ağalar Xəlilovun narkotik tərkibli bitkiləri əkdiyi Maştağa qəsəbəsindəki bağ sahəsinə baxış keçirib. Oradan yaş halda çəkisi 1 tona yaxın 168 ədəd çətənə bitkisi də aşkar olunaraq götürülüb.

Hər 2 faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə