Daha 2 medal şansı - VİDEO

Daha 2 medal şansı - VİDEO
Sərbəst güləşçilərimizin Mundialda gücü bürüncə çatır

Estoniyada keçirilən gənc güləşçilər arasında dünya çempionatında daha 2 güləşçimizin medal qazanmaq şansı var.

61 kq-da yarışan sərbəst güləşçimiz Əsgər Məmmədəliyev əvvəlcə İsveçrə, daha sonra Monqolustan təmsilçisinə vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Ukraynadan olan rəqibinə uduzan Əsgər bürünc medal uğrunda görüşdə rusiyalı Alik Xadartsovla üz-üzə gələcək.

74 kq-da qüvvəsini sınayan Hacımurad Hacıyev gürcü və yunan həmkarlarını üstələyərək yarımfinala çıxıb. Lakin pəhləvanımız bu mərhələdə amerikalı güləşçiylə bacarmayıb. Hacıyev üçüncülük uğrunda rusiyalı Devid Betanovla mübarizə aparacaq.

Ağırlığı 92 kq-dək olan idmançılarla qurşaq tutan Asxab Həmzətov Koreya və Cənubi Afrikadan olan pəhləvanlara göz açmağa imkan verməyib. Güləşçimiz 1/4 finalda rusiyalı həmkarına uduzub. Rəqib finala yüksəldiyi üçün Həmzətov təsəlliverici görüşə çıxıb və iranlı atletə uduzub.

Məhəmməd Asiyatilovla İslam Abuyev müvafiq olaraq 86 və 125 kq-da mükafatsız qalıb.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə