Son saniyələrin hökmü - VİDEO

Son saniyələrin hökmü - VİDEO
“Qarabağ” ilk oyunda buraxdığı qolun cəzasını cavab matçında çəkdi

6 Avqust, Nikosiyanın GSP stadionunda keçirilən APOEL – Qarabağ oyununa baş hakim 4 dəqiqə əlavə edir. 0-2 hesabı ilə geridə olan meydan sahibləri sona qədər mübarizə aparır və hətta 4 dəqiqədən də 34 saniyə keçmiş qol vururlar. Məhz Giorgos Merkisin vurduğu bu qol bir həftə sonra Bakıda reallaşan cavab matçında kiprliləri növbəti mərhələyə daşıdı.

Baxmayaraq ki, əksəriyyət ölkə çempionumuzun rahatlıqla pley-offa yüksələcəyinə inanırdı. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan oyunun əvvəlləri də köhlən atlar üçün qorxulu sonluq vəd etmirdi. Topa nəzarət edən Qurban Qurbanovun yetirmələri ara-sıra rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdı. Arenaya toplaşan yerli azarkeşlərin kabusu 34-cü dəqiqədən etibarən başladı. Rəşad Sadıqovun kobud oyununa görə təyin olunan 11 metrlik cərimə zərbəsini Tomas De Vinsenti dəqiq yerinə yetirdi, 1-0.
Minimal hesablı məğlubiyyət Qarabağın işinə yarasa da, komandamız bu nəticəni belə qoruya bilmədi. Düzdür, ilk yarının sonlarında, ikinci hissənin əvvəllərində ağdamlılar bərabərlik qolunu vurmağa yaxın oldular. Lakin topu tora qovuşdurmaq mümkün olmadı.
68-ci dəqiqədə kiprlilər Mərkəzi Arenaya toplaşan azsaylı azakreşlərini coşdura bildilər. Uroş Matiç uzaqdan zərbə ilə yekun nəticəni müəyyənləşdirdi.

Bundan sonra "Qarabağ"ın fərqi azaldaraq, oyunu əlavə vaxta uzatmaq cəhdləri nəticə vermədi. Əvəzində uzatma dəqiqələrində 2 dəfə hakim qəzəbinə tuş gələn Riçard Almeyda komandasını azlıqda qoydu.
Beləliklə, 0-2 hesabı ilə uduzan köhlən atlar Çempionlar Liqasında mübarizəni dayandırdılar.

İlk görüşlə müqayisədə nəyisə dəyişməyi bacardıq. Komanda olaraq, çıxışımızdan razı qaldım. Çətin oyun alındı. Qapıçımız ilk yarıda əla top çıxardı. Qapımızı toxunulmaz saxlamaqla istəyimizə nail olduq. Yüksək motivasiya ilə çıxış etdik. Cəsur, ürəkli və sürətlə oynadıq.

Azərbaycan təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Burada ölkə çempionumuzun rəqibi Şimali İrlandiyanın " Linfild" kollektivi olacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə