Təhsil Nazirliyi ödənişli universitetlərə qəbul olan tələbələrlə bağlı rektorlara tapşırıq verib

Təhsil Nazirliyi ödənişli universitetlərə qəbul olan tələbələrlə bağlı rektorlara tapşırıq verib

Təhsil Nazirliyi ödənişli əsaslarla təhsil almaq hüququ qazanan tələbələrlə bağlı universitet rəhbərlərinə tapşırıq verib.

REAL Report-a istinadla xəbər verir ki, Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratmaları üçün tapşırıq verilib. 

Məlumat üçün bildirək ki, ali təhsil müəssisələrinin builki müsabiqəsində 58 258 nəfər iştirak edib. Onlardan 42 062 nəfəri (o cümlədən 3 542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17 820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24 242 (o cümlədən 2 956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə