Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində iştirak edən namizədlərin sayı açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində iştirak edən namizədlərin sayı açıqlanıb

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

REAL xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu mərhələdə 23 609 namizəd iştirak edib, onlardan 14 003 namizəd elektron ərizəsini təsdiqləyib.

Vakansiya seçimindən sonra elektron yerləşdirmə mərhələsi başlayır. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə