Bir əsrin sərhədçiləri - VİDEO

Bir əsrin sərhədçiləri - VİDEO
Dövlət Sərhəd Xidməti 100-cü ildönümünü qeyd edir

Azərbaycan Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov "Real İntervyu" verilişinin qonağıdır.

"1970-ci illərdə Azərbaycan sərhəd dairəsinə Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirov rəhbərlik etdi. Bunda ümummilli liderimizin rolu oldu. Heydər Əliyev Mustafa Nəsirovu tanıyırdı. Naxçıvanda Sərhəd Dəstəsinin komandiri kimi fəaliyyəti ilə ona bələd idi. Bir azərbaycanlının general olmasını, sərhəd qoşunlarına rəhbərlik etməsini məsləhət gördü. Moskva da onunla razılaşdı. Ona general hərbi rütbəsi verildi. SSR dağılandan sonra da sərhəd qoşunlarını taleyi çətin vəziyyə düşdü, çünki 90-cı illərdə Xalq cəbhəsinin aktiv fəaliyyəti dövründə sərhədlərin sındırılması, dağıdılmasına rəvac verildi. Yerli əhalidə təbliğat işləri aparıldı. 1991-ci ildə sərhəd qoşunları yaranmağa başladı. İsgəndər Allaverdiyev rəhbərlik etdi. İlk dəfə İran sərhədlərində olan sərhədləri qəbul etdik. Naxçıvanda Heydər Əliyevin olması kömək etdi ki, silah-sursat sərhəddə saxlanıldı. Sərhəd Qoşunları bundan istifadə etdi. Rusiya ilə, Gürcüstan ilə sərhədlər müəyyən olundu. Bunun üçün bizə silah-sursat lazım idi. Sərhəd zastavaları yaradıldı. Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr var idi. Buna baxmayaraq sərhədçilərimiz Ağdərə, Fizuli istiqamətlərində köməklik etdi. Sərhədçilərimiz Təhlükəsizlik Komitəsinin daxilində idi. Burada seçimə xüsusi diqqət verildi. Mərkəzi komiətnin nəzarətində idi. Dövlətlər arasında münasibətlərin tənzimlənməsində Sərhəd Qoşunları mühüm rol oynayırdı. Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan sərhəd dəstələrinin tikilməsinə başlanıldı, sərhədlər möhkəmləndi, sərhəd qoşunları bu gün Qafqazda ən güclü qoşunlardan biridir. Sərhəd zastavalarının açılışında Ali Baş Komandan özü iştirak edir. Sərhəd Qoşunları bu gün etibarlı əldədir", deyə Azərbaycan Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə