Səfir: Latviya ilə Azərbaycan arasında dostluq və konstruktiv əlaqələr mövcuddur

Səfir: Latviya ilə Azərbaycan arasında dostluq və konstruktiv əlaqələr mövcuddur

“Latviya ilə Azərbaycan arasında dostluq və konstruktiv əlaqələr mövcuddur”.

REAL APA-ya istinadla xəbər verir ki, bunu Latviyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dainis Garançs deyib.

O bildirib ki, məqsədi iki ölkə arasında mövcud olan əməkdaşlığı dəstəkləmək və daha da genişləndirməkdir.  

Qeyd edək ki, ötən gün Riqa sarayında keçirilən xüsusi mərasimdə ölkə prezidenti Egils Levits etibarnaməni D. Garançsa təqdim edib. D. Garançs bundan əvvəl Latviyanın Ukrayna, Özbəkistan, Polşa, Qazaxıstan və İsveç səfirliklərində çalışıb. İngilis, rus, polyak və fransız dillərini bilir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə