Azərbaycanda iyul ayı üzrə gündəlik neft hasilatı artıb

Azərbaycanda iyul ayı üzrə gündəlik neft hasilatı artıb

Azərbaycanda iyul ayı üzrə gündəlik 778 min barel neft hasil edilib. 

REAL xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

İyul ayında gündəlik neft hasilatının həcmi iyun ayından 10 min barel çox olub.

Məlumata görə, iyulda gündəlik neft hasilatının 704 min barelini xam neft, 74 min barelini kondensat təşkil edib. Gündəlik 500 min barel xam neft, 70 min barrel kondensat, 29 min barel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, cari ilin yanvar iyul aylarında orta gündəlik neft hasilatı 771,7 min barel təşkil edib.

Bildirilib ki, Energetika Nazirliyi iyul ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə